YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə tikinti işlərinin 45 faizi tamamlanıb

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə tikinti işlərinin 45 faizi yerinə yetirilib.

Bu barədə BP-nin "Şahdəniz-2" üzrə vitse-prezidenti Yuan Dramond deyib. O bildirib ki, Azərbaycanda magistral boru xəttinin tikintisi davam edir. Boru kəməri marşrutunun təxminən 183 kilometrlik hissəsində borular qaynaq edilib və 160 kilometrlik hissədə borular xəndəklərə endirilib. Boru kəmərinin Azərbaycan hissəsi üçün lazım olan örtüklənmiş boruların bütöv ehtiyatı Muğan, Kürdəmir, Qazançı, Yevlax və Dəllər boru anbarlarında hazır vəziyyətdədir. Göyçayda ikinci üfüqi maili qazma işləri aparılan sahə artıq tamamlanıb.

“Layihə üzrə Gürcüstanda da xəndəklərin qazılması, boruların xəndəyə endirilməsi və düzülməsi işləri davam edir. Boru kəməri marşrutunun təxminən 59 kilometrlik hissəsində borular qaynaq edilib, 42 kilometrlik hissədə borular xəndəklərə endirilib. Hər iki kompressor stansiyasında da tikinti işləri davam edir. Birinci stansiya üzrə işlərdə 72 faiz, ikinci stansiyada isə 32 faiz irəliləyiş əldə olunub. Nəzarət-ölçü stansiyasında tikinti işlərinin təxminən 57 faizi tamamlanıb”, - deyə Y.Dramond əlavə edib.

 

DİGƏR Xəbərlər Arxiv