YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şimon Lankri: Dağlıq Qarabağ Azərbaycan ərazisidir

Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Erməni diaspor nümayəndələri mənə şəhərimizdə Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərə görə etirazlarını bildirsələr də, mənim onlara cavabım belə oldu – Mən Azərbaycan xalqını dəstəkləyirəm.

Bu sözləri jurnalistlərə müsahibəsində İsrailin Akko şəhərinin meri Şimon Lankri deyib.

Şimon Lankri bildirib ki, ermənilərin hər hansı təhdidi onun Azərbaycan ilə bağlı mövqeyinə təsir edə bilməz. İsrailin Akko şəhərində ən böyük Azərbaycan cəmiyyətinin yerləşdiyini deyən mer Azərbaycana səfəri zamanı Qubada olduğunu, yəhudilər üçün yaradılan hərtərəfli şəraitin onu fərəhləndirdiyini söyləyib: “Biz Quba ilə Akko arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin imzalanması ilə bağlı razılığa gəldik. Hazırda danışıqlar davam etdirilir. 2017-ci ildə tərəflər arasında sənəd imzalanacaq”.

Akko şəhərində “Azərbaycan evi”nin tikildiyini xatırladan Şimon Lankri bu evin Azərbaycan Multikulturalizm Mərkəzinin bir hissəsi olacağını deyib.