YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sumqayıt şəhərində "Yeni Azərbaycan" təşviqat qrupu seçicilərlə görüş keçirib

"Yeni Azərbaycan" təşviqat qrupu Sumqayıt şəhərində seçicilərlə görüş keçirib.

 Görüşdə çıxış edən Yeni Azərbaycan Sumqayıt şəhər təşkilatının və "Yeni Azərbaycan" təşviqat qrupunun Sumqayıt şəhər şöbəsinin sədri Asif İmaməliyev təklif edilən əlavə və dəyişikliklərlə bağlı geniş məlumat verib. A.İaməliyev bildirib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər daha dinamik inkışafı hədəfləyir və zamanın tələbidir: "İnanıram ki, bütün siyasi proseslərdə öncül sıranı tutan Sumqayıt seçiciləri bu dəfə də Azərbaycan dövlətinin güclənməsinə, daha effektiv idarəçiliyi formalaşdırılmasına, insan hüquq və azadlıqlarının daha da genişləndirilməsinə, bir sözlə referenduma çıxarılan əlavə və dəyişikliklərin lehinə səs verəcək. Bütün seçiciləri sentyabrın 26-da keçirilən referendumda aktiv iştirak etməyə çağırıram".

Tədbirdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun vəkili, millət vəkili Mirzəcan Xəlilov bildirib ki, Konstitusiyaya nəzərdə tutalan əlavə və dəyişikliklərin hər birini təhlil etdikdə  əsas olaraq yalnız xalqın maraqlarının və dövlətin inkişafının əsas götürüldüyü meydana çıxır. Referendum Aktında öz əksini tapmış əlavə və dəyişikliklər Azərbaycanın müasir inkişaf dinamikası, modernləşmə strategiyasının tələbləri ilə ayaqlaşaraq, ölkənin siyasi, sosial-iqtisadi inkişafının mahiyyətindən doğur.

Çıxış edən millət vəkili Tahir Mirkişili də əlavə və dəyişikliklə bağlı məlumat verib və ümumilikdə bütün dəyişikliklərin xalqımızın həyatında önəmli yer tutacağını dilə gətirib. Onun sözlərinə görə, bu əlavə və dəyişikliklərin istər bələdiyyələrin gələcək fəaliyyətində, istər məhkəmə-hüquq sisteminin inkişafında, istərsə də, insan hüquq və azadlıqlarının qorunması istiqamətində gedən prosesdə böyük əhəmiyyət kəsb edəcək.

Tədbirdə çıxış edən millət vəkili Muxtar Babayev görüşdə iştirak edən seçiciləri referendumda fəal iştiraka səsləyib. O bildirib ki, sözügedən əlavə və dəyişikliklərdə nəzərdə tutulan yeni maddələr ölkəmizdə daha da effektiv, çevik idarəolunmanı şərtləndirəcək.

Çıxış edən seçicilər referendumda iştirak edəcəklərini, irəli sürülən əlavə və dəyişiklikləri dəstəklədiklərini bildiriblər.