YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupu Gəncə şəhərinin “Gülüstan” qəsəbəsində seçicilərlə görüş keçirib

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü Gəncə şəhər, “Gülüstan” qəsəbəsindəki “İstiqlal” parkında keçirilib. Görüşü “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Naqif Həmzəyev açaraq, Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin uğurlarından, regionların sürətli inkişafından bəhs edib. Onun sözlərinə görə, bu gün ölkəmiz, həmçinin 4 min yaşı olan müasir və qədim Gəncə bütün istiqamətlər üzrə inkişafdadır, həm sosial-iqtisadi, həm də mədəni-mənəvi sahədə qazanılan möhtəşəm nailiyyətlər bizi daha uğurlu, daha işıqlı sabaha aparır. Demokratik inkişaf modelinə malik olan Azərbaycanda Konstitusiyaya dəyişikliklərin edilməsi təqdirəlayiq haldır və bu, islahatlar siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir: "Əminliklə vurğulaya bilərəm ki, 2016-cı il sentyabr ayının 26-da xalqımız, eləcə də gəncəlilər dövlət rəhbərinin Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı təşəbbüsünə müsbət rəy bildirəcək və bu dəyişikliklər ölkədə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, gücləndirilməsi ilə yanaşı, demokratiyanın növbəti möhtəşəm təntənəsi olacaq".

Millət vəkili Pərvin Kərimzadə çıxışında deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəinki daxili siyasətin, eyni zamanda paralel olaraq xarici siyasətin daha da inkişaf etdirilməsinə dəyərli töhfələr verir. Konstitusiya islahatları da hüquqi, dünyəvi, demokratik və müstəqil Azərbaycanın yeni zəfərlərə imza atması istiqamətində çox uğurlu addım olacaq: "Bizim hər birimiz bu islahatlara səs verməli və cənab İlham Əliyevin uzaqgörənliklə irəli sürdüyü təşəbbüsü dəstəkləməliyik”".

Görüşdə çıxış edən YAP Gəncə şəhər təşkilatının sədr müavini, AMEA-nın Gəncə Bölməsinin akademik katibi, professor Fuad Əliyev, təbliğatçılardan dosentlər Cavid Bağırzadə, Ceyhun Hüseynov, Hüseyn Bəxtiyarov, Aidə Qasımova, Kifayət Fəttahi və Xalq artisti Şahnaz Haşımova bildiriblər ki, təşviqat qrupunun görüşləri zamanı insanlar  böyük əminliklə vurğulayırlar ki, sentyabrın 26-da seçki məntəqələrinə gedərək Referendum Aktına səs verəcəklərini bəyan edirlər.

“Gülüstan” qəsəbəsi sakinləri adından çıxış edən Əli Quliyev də deyib ki, seçicilər Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında kifayət qədər məlumatlıdırlar və dövlətimizin daha da inkişafı naminə bu dəyişiklikləri dəstəkləyirlər.

DİGƏR Xəbərlər Arxiv