YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan” təşviqat qrupunun Siyəzən rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşü keçirilib

Referendum üzrə "Yeni Azərbaycan” təşviqat qrupunun Siyəzən rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşü keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının sədri və təşviqat qrupunun Siyəzən rayon şöbəsinin rəhbəri Etibar Heydərov, “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının sədri və “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Siyəzən rayon şöbəsinin rəhbəri Etibar Heydərov Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərldə bağlı ətraflı məlumat verib. O qeyd edib ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə mühüm töhfələr verməsi baxımından zəruridir. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”- deyən, Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin əsas meyarı Azərbaycan vətəndaşlarının maraqları, mənafeyi, ölkəmizin dünya miqyasında qüdrətlənməsi, sürətli tərəqqisidir.

Daha sonra təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək bildirib ki, 26 sentyabr tarixində baş tutacaq ümumxalq səsverməsi ilk növbədə, zərurətdən doğan və bu təşəbbüsün reallaşdırılması xalqımızın, dövlətimizin daha güclü inkişafına hesablanmış əhəmiyyətli bir addımdır: "Dünya inkişaf edir, proseslər bir-birini sürətlə əvəzləyir. Belə bir ərəfədə Azərbaycan da dünya birliyinin bir parçası kimi inkişaf edir və bu faktor növbəti tələbləri, dövrün zəruri sifarişlərini önə sürür. Eyni zamanda, qeyd etmək olar ki, dövlətin idarə edilməsi hərəkətdə olan bir prosesdir və zaman keçdikcə, bunun təkmilləşməsinə, müasirləşməsinə, modernləşməsinə ehtiyac duyulur. Bu da qloballaşan dünyada gedən davamlı proseslərin fonunda ehtiyacdan irəli gələn zəruri çağırışdır. Ümumiyyətlə, Referendum Aktında yer alan müddəlar dövlət idarəçiliyinin daha səmərəli və keyfiyyətli fəaliyyətinin təminatına yönələn Konstitusiya dəyişiklikləri dünyanın ən müasir, modern tələblərini özündə ehtiva edir, Azərbaycanın sürətli inkişafına, xalqın daha firavan həyatına hədəflənib. Mən əminəm ki, siyəzənli seçicilər sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində Konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri dəstəkləyəcəklər".

Tədbirdə çıxış edən seçicilər səsvermə günü aktiv olub, Referendum Aktına "Hə" deyəcəklərini bildiriblər.