YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Azərbaycanda kənd təsərrüfatı üzrə kadrlar hazırlayan peşə məktəbi açılacaq

Azərbaycanda kənd təsərrüfatı üzrə kadrlar hazırlayan peşə məktəbi açılacaq.

Bunu jurnalistlərə müsahibəsində təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, yeni peşə məktəbi 2017-ci ilin birinci rübündə Qəbələdə fəaliyyətə başlayacaq. Bu məktəbdə bağçılıq, bitkiçilik, kənd təsərrüfatı texnikası-aqroxidmətlər və digər ixtisaslar öyrədiləcək.

M.Cabbarov qeyd edib ki, BP ilə birgə ölkəmizdə kənd təsərrüfatı üzrə peşə təhsilində yeni ixtisasların yaradılması ilə bağlı həyata keçirilən layihə çərçivəsində ilk pilot rayon kimi Qəbələ seçilib. O deyib: “Layihə uğurlu alınarsa, sonradan bütün ölkə üzrə kənd təsərrüfatı mütəxəssislərinin hazırlanacağı yeni peşə məktəblərinin yaradılması planlaşdırılır”.