YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Əliyev: Konstitusiya dəyişikliklərində ölkəmizin təhlükəsizliyi ilə bağlı mühüm müddəalar öz əksini tapır

«Ölkəmizdə keçiriləcək referendum Azərbaycanın həyatında vacib rol oynayır. Azərbaycanın qarşısında duran ən mühüm vəzifələr biri dayanıqlı inkişafı qoruyub saxlamaq, xalqın rifahını durmadan yüksəltmək, ərazi bütövlüyünü bərpa etmək, dövrün mühüm çağırışlarına adekvat cavab verməkdir». Bu fikirləri Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, dəyişikliklərdə ölkəmizin təhlükəsizliyi ilə bağlı mühüm müddəalar öz əksini tapır.

«Təbii ki, hər bir xalqın və dövlətin milli təhlükəsizliyi ən prioritet məsələdir. Bu mənada, təhlükəsizliyimizin konstitusion əsaslarının gücləndirilməsi  üçün əsas qanuna ediləcək dəyişikliklər olduqca böyük əhəmiyyətə malikdir»-deyə, B.Əliyev qeyd edib.