YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Xorvatiya əməkdaşlığının inkişafına dair fikir mübadiləsi aparılıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində Xorvatiyanın xarici işlər naziri Miro Kovaç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, söhbət zamanı Azərbaycan-Xorvatiya əlaqələrinin hazırkı vəziyyəti və inkişaf etdirilməsi yolları, iqtisadiyyat, turizm, enerji, humanitar sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi dialoqdan məmnunluq ifadə olunub.

Tərəflər birgə səylər və biznes dairələri arasında əlaqələrin təşviq edilməsi ilə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının əhəmiyyətini vurğulayıblar.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.