YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yenı Azərbaycan” təşviqat qrupunun Bərdə rayon şöbəsi seçicilərlə növbəti görüş keçirib

“Yenı Azərbaycan” referendum üzrə təşviqat qrupunun Bərdə rayon şöbəsi seçicilərlə növbəti görüş keçirib.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər barədə geniş məlumat verib. “Yenı Azərbaycan” təşviqat qrupunun “Həmrəy olaq ,hə deyək ! ”devizi ilə təbliğat kampaniyasına start verdiyini bildirən F.Şadlinskaya referenduma çıxarılan əlavə və dəyişikliklərdə göstərilən müddəaların ölkəmizin gələcək inkişafında mühüm əhəmiyyətli rola malik olacağını qeyd edib.

Görüşdə Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru , “ Yeni Azərbaycan ” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Bəxtiyar Sadıqov bildirib ki, Azərbaycanın qarşısında duran ən mühüm vəzifələr dayanıqlı inkişafı qoruyub saxlamaq, xalqın rifahını durmadan yüksəltmək, ərazi bütövlüyünü bərpa etmək, dövrün mühüm çağırışlarına hazır olmaq və vaxtında cavab verməkdir. B.Sadıqov qeyd edib ki, referendumun hazırlanması və keçirilməsi müəyyən müddət, zəhmət və prosedur qaydalarına əməl edilməsini tələb edən prosesdir. Onun sözlərinə görə,  Yeni Azərbaycan Partiyası bu sahədə zəngin təcrübəyə malikdir. Konstitusiya islahatlarının ölkəmizin gələcək inkişafına xidmət etdiyini deyən səlahiyyətli nümayəndə seçiciləri Referendum Aktını dəstəkləməyə çağırıb.

“Yeni Azərbaycan ” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də çıxış edərək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyətini görüş iştirakçılarına izah edib,yeniliklərin cəmiyyətimiz, dövlətimiz və xalqımız üçün əhəmiyyətini vurğulayıb.  V.Rəhimzadə bildirib ki, reallıqların içərisində olan xalq atılan hər bir addımın əhəmiyyətini, mahiyyətini düzgün dəyərləndirir: «Hər addımda özünə diqqətin, qayğının şahidi olan ölkə ictimaiyyəti möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışlarının əsasında dayanan «Həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır» tezisinin reallıqlarda öz əksini tapdığının şahididir». Səlahiyyətli nümayəndə çıxışında Bərdə seçicilərinin Referendum Aktını dəstəkləyəcəklərinə əmin olduğunu söyləyib.

Görüşdə çıxış edən seçicilər də Konstitusiya dəyişikliklərinə səs verəcəklərini vurğulayıblar.