YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun nümayəndələri Astarada qadın seçicilərlə görüş keçirib

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatında qadın seçicilərlə görüş keçirib.

Tədbiri YAP Astara rayon təşkilatınn sədri Firudun Əhmədov açaraq Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə iştirakçılara məlumat verib. Dəyişikliklərin müasir dövrümüzün inkişaf perspektivlərini müəyyənləşdirəcəyini və insanların daha firavan həyat tərzi keçirməsini şərtləndirəcəyini diqqətə çatdıran sədr sözlərinə bu cür yekun vurub.

Rayon Qadınlar Şurasının sədri Yasəmən Rəsulova isə çıxışında bildirib ki, Referendum Aktı layihəsi ölkədə Azərbaycan Konstitusiyası tərəfindən təminat verilmiş demokratizmin inkişafını nəzərdə tutur: “Konstitusiyaya təklif olunan dəyişikliklər dövlətimizin daha da güclü olması, xalqımız üçün daha geniş imkanların yaradılması baxımından çox önəmlidir”.
Daha sonra YAP Astara rayon Gənclər Birliyinin sədr müavini Kəmalə Nəsirova, YAP Astara rayon Qadınlar Şurasının üzvü Sakitə Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxış edərək bütün qadınları sentyabrın 26-da seçki məntəqəsinə dəvət edərək müstəqilliyimizin əbədiliyinə, sarsılmazlığına, vətənimizin daha da güclü və qüdrətli olmasına səs verməyə çağırıblar. Qadın seçicilər sentyabrın 26-da məntəqələrə gedərək referenduma “hə” deyəcəklərini bildiriblər.