YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupunun Tərtər rayon şöbəsi qadın seçicilərlə görüş keçirib

"Yeni Azərbaycan" təşviqat qrupu sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) ilə əlaqədar təbliğat və təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş Tərtərdə qadın seçicilərlə keçirilib.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri və "Yeni Azərbaycan" təşviqat qrupunun Tərtər rayon şöbəsinin rəhbəri Ramiz Şabanov öncə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər barədə geniş məlumat verib. Onun sözlərinə görə, Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan xalqının rifahına xidmət edir: «Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər siyasi sistemin daha da möhkəmləndirilməsi ilə yanaşı, müasir çağırışlara cavab verən idarəetmə modelini də yaratmış olacaq, Azərbaycanda çevik qərarlar qəbul etməyə imkan verən təkmil dövlət idarəçiliyi sistemi formalaşdırılacaq». 

Sonra çıxış edən YAP Tərtər rayon təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova deyib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər zamanın tələbidir: «Təklif edilən bütün əlavə və dəyişikliklər gələcəyimizə istiqamətlənib. Hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır. Biz gələcəyimizi düşünməliyik və sözügedən dəyişikliklər Azərbaycanın daha da inkişafına şərait yaradacaq. Düşünürəm ki, tərtərli seçicilər də bu dəfə də xüsusi fəallıq göstərəcək, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə səs verəcəklər". 

Görüşdə həmçinin Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusbova, YAP Tərtər rayon təşkilatı Qadınlar Şurasının üzvü Mərziyyə Qəndilova və başqaları çıxış edərək Referendum Aktında nəzərdə tutulan məsələlərin əhəmiyyətini vurğulayıblar. Çıxışlarda konstitusiya islahatlarının xalqımız tərəfindən dəstəklənməsi ilə bağlı əminlik ifadə olunub.

DİGƏR Xəbərlər Arxiv