YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər xalqımızın gələcəyi üçün zəruridir

«Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər xalqımızın gələcəyi üçün zəruridir. Bunu hər birimiz çox yaxşı dərk edirik». Bu fikirləri  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Sevinc Fətəliyeva deyib.

S.Fətəliyev bildirib ki, əsas  qanuna təklif olunan əlavə və dəyişikliklər dünyanın demokratik, inkişaf etmiş ölkələrinin təcrübəsində də mövcuddur. Onun sözlərinə görə, bu dəyişikliklərdə əsas niyyət milli, dövlət maraqlarının qorunması və reallaşması üçün müasir iqtisadi və siyasi mexanizmlərin təmin edilməsidir.

«Konstitusiya islahatları ilk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir, dövlətin bu sahədə məsuliyyətini və fəaliyyət istiqamətlərini konkretləşdirir»- deyə, səlahiyyətli  nümayəndə vurğulayıb.