YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda cari ilin 8 ayında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib

2016-cı ilin yanvar-avqust aylarında əsas kapitala 8 milyard 999,1 milyon manat məbləğində vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, istifadə olunmuş vəsaitin 7 milyard 275,2 milyon manatı və ya 80,8 faizi məhsul istehsalı obyektlərinin, 1 milyard 363,4 milyon manatı (15,2 faizi) xidmət sahələri üzrə obyektlərin, 360,5 milyon manatı (4,0 faizi) isə ümumi sahəsi 1011,1 min kvadratmetr olan yaşayış sahəsinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 424,0 milyon manatını və ya 38,0 faizini daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitin 6 milyard 408,5 milyon manatı və ya 71,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.