YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Zeyni: Azərbaycan dövləti gücləndikcə, regionlarda da vətəndaş cəmiyyətinin imkanları genişlənir

“Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında QHT-lərin digər vətəndaş cəmiyyəti institutlarımızın, eləcə də dövlətimizin inkişaf perspektivləri ilə bağlı bütün məqamlar öz əksini tapıb.  Bu fikri Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib.

R.Zeyni bildirib ki, sözügedən konsepsiyada vətəndaş cəmiyyətinin inkişafı istiqamətləri göstərilib. Onun sözlərinə görə, QHT evlərinin, regionlarda yeni resurs və təlim mərkəzlərinin yaradılması, mərkəzdə, eləcə də regionlarda vətəndaşların, xüsusən gənclərin daha çox vətəndaş cəmiyyəti institutlarına cəlb edilməsi bu sektorun daha da inkişafına təkan verəcək.

«Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasını, dövlətimiz tərəfindən bu sahəyə ayrılan diqqət və qayğıya məmnuniyyətlə yanaşır, bunu müsbət qiymətləndiririk. Fikrimcə, Azərbaycan dövləti, iqtisadiyyatı daha da gücləndikcə, eləcə də imkanlar genişləndikcə biz regionlarda da vətəndaş cəmiyyətini gücləndirəcəyik. Güclü vətəndaş cəmiyyətinin yaradılması insanlarımızın yad, kənar təsirlərə məruz qalmasının, ona qoşulmasının qarşısını almaqla bərabər, vətəndaşlarımızın dövlətimizin, vətəndaş cəmiyyəti institutlarımızın inkişafında yaxından iştirak etməsinə səbəb olacaq. Bu, onlar öz vətəndaş təşəbbüslərini inkişaf etdirməsi ilə yanaşı, onların iş yerləri ilə təmin olunması, təlimatlanması, təşkilatlanması deməkdir»- deyə, R.Zeyni qeyd edib.