YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

«Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Yasamal rayonunda seçicilərlə görüşü keçirilib

«Yeni Azərbaycan» referendum üzrə  təşviqat qrupunun   Yasamal rayonunda  təbliğat kampaniyası mütəşəkkilliklə davam edir.

 Seçicilərlə  növbəti  görüşü giriş sözü ilə açan YAP Yasamal rayon təkilatının sədri Tağı Əhmədov bildirdi ki, güclü idarəetmə sisteminə malik, dünya hadisələrinə   uyğun  siyasət yeridən Azərbaycanda həyata keçirilən demokratik islahatlar daim təkmilləşdirilir, beynəlxalq standartlara  uyğunlaşdırılır: “Konstitusiyamıza edilən 23 dəyişiklik və 6 əlavənin tətbiqində   başlıca məqsəd mütərəqqi  təməl əsasında inkişaf edən Azərbaycanı daha  qüdrətli dövlətlər sırasında görməkdir.  Bu baxımdan Konstitusiyamızda edilən dəyişikliklərin hər biri vətəndaşlarımızı yeniliyə,  müasirliyə,  qüdrətli Azərbaycan naminə  birlik və bərabərliyə çağırır.”
 «Yeni Azərbaycan» referendum üzrə  təşviqat qrupunun səlahiyyətli nümayəndəsi,  Milli Məclisin Elm və təhsil komitəsinin sədri,  AMEA-nın vitse- prezidenti İsa Həbibbəyli  Ali Qanunumuza olunan dəyişiklikləri  hüquqi və  sosial xarakterli adlandırmaqla bildirdi ki, gələcəyimizin etibarlı təminatı məhz  dəstəkləyəcəyimiz  yeniliklərin tətbiqi ilə bilavvasitə bağlıdır: “Konstitusiyada dəyişikliyə o zaman zərurət yaranır ki, qanunlar inkişaf edən ölkənin bu günki surəti  ilə  ayaqlaşmır. Yəni qanunlar zamanın tələbinə görə tənzimlənməli,  tarazlanmalıdır. Müstəqillik əldə etdiyimiz 25 ildə Azərbaycanın ictimai-siyasi  həyatında, iqtisadiyyatında, aqrar sahədə, sənayedə  böyük dəyişikliklər baş verib. Ölkənin ictimai- siyasi həyatına yeniliklər bəxş edən prezident, parlament, bələdiyyə seçkiləri keçirilib. Yəni qüdrətlənən Azərbaycanın sabahına məhz bu gün əldə olunan nailiyyətlərin daha böyük miqyasda  tətbiqi ilə nail olmaq mümkündür.
 Buna görə də  müasir dövrümüzdə yaranan tələbatın ödənilməsi baxımından  Ali Qanunnumuzda  dəyişikliklərə ciddi ehtiyac vardır və ümumxalq səsverməsi zəruridir.”

BDU-nun professor Rasim Nəbiyev çıxış edərək bildirdi ki,    Konstitusiyamıza olunan hər bir dəyişiklik  iqtisadi qüdrəti ilə  seçilən daha qüdrətli Azərbaycanın gələcəyinin daha möhtəşəm olması naminə    nəzərdə tutulur.