YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Konstiutsiya islahatları cəmiyyətimiz tərəfindən dəstəklənir

«Azərbaycan cəmiyyəti dünyaya açıqdır, dünyada, ölkədə baş verən prosesləri dərindən araşdırmaq, müqayisə aparmaq imkanına malikdir». Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Konstiutsiya islahatları cəmiyyətimiz tərəfindən dəstəklənir. Onun sözlərinə görə, xalqımız dünyada baş verən mürəkkəb proseslər fonunda bu islahatları qətiyyətlə dəstəkləyir.  

«Azərbaycan seçicisi öz sözünü qətiyyətlə deməyi bacarır və gələcək hədəfləri indidən müəyyənləşdirmək iqtidarındadır.  Yəni bizim cəmiyyətimiz istənilən məsələni, xalqın, dövlətin, hətta dünyanın taleyi ilə bağlı olan məsələləri çox obyektiv şəkildə müzakirə etmək və qərar qəbul etmək imkanına malikdir. Əminəm ki, 26 sentyabrda hər bir Azərbaycan vətəndaşı seçki məntəqəsinə gələrək daha xoşbəxt gələcəyə və uğurların davamına səs verəcək»- deyə, K.Əliyeva vurğulayıb.