YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Konstitusiyaya əlavə və dəyişikliklər həyatımızda bir çox yeniliklərlə əlamətdar olacaq

«Konstitusiyaya təklif edilən dəyişiklərin əksəriyyətinin insan haqlarının qorunmasına həsr edilməsi çox mühümdür». Bu fikri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, bu fakt Azərbaycanda insan haqlarının təminatının yüksək səviyyədə olduğunu  göstərir. Onun sözlərinə görə,  Azərbaycanda demokratiyanın inkişafı, Azərbaycan vətəndaşının şəxsiyyətinin qorunması, həyatının təmin olunması faktoruna yüksək səviyyədə əməl edilir.

«Yəni ölkəmizdə müasir dünyanın insan hüquqları deyilən normal fəlsəfəsinə əməl olunur. Bunun üçün də hər iki məsələ, həm özünü qorumaq, həm də insan hüquqlarının qorunması üçün dövlətin, hakimiyyətin möhkəmləndirilməsinə ardıcıl olaraq çox böyük zərurət var. Hər bir demokratik dövlətin davamlı inkişafını şərtləndirən başlıca amillərdən biri ardıcıl islahatların həyata keçirilməsidir. Siyasi, iqtisadi, hüquqi və digər sahələri əhatə edən mühüm islahatlar çoxşaxəli, ardıcıl və dinamik inkişafı təmin etməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini təmin edir. Konstitusiyaya əlavə və dəyişikliklər həyatımızda bir çox yeniliklərlə əlamətdar olacaq»- deyə, P.Kərimzadə qeyd edib.