YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun nümayəndələri Xəzər rayonunda görüş keçirdi

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Xəzər rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilər ilə görüş keçirdi.

26 sentyabrda keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat mərhələsi çərçivəsində “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun həyata keçirdiyi tədbirlər uğurla davam etdirilir. Uğurla keçirilən tədbirlər silsiləsinə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında səhiyyə işçiləri ilə keçirilən görüşü də daxil etmək  olar. Belə ki, sentyabrın 16-da “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu Xəzər rayon şöbəsi ümumxalq səsverməsi ilə bağlı rayonunda seçicilərlə növbəti  görüş keçirdi.

Görüşü açan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov referenduma çıxarılan əlavə və dəyişikliklər barədə seçicilərə ətraflı məlumat verdi. Bildirdi ki, sentyabrın 26-da ölkəmizdə keçiriləcək növbəti ümumxalq səsverməsi Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açacaq: “Konstitusiyaya təklif olunan dəyişikliklərlə ölkənin idarəçilik sistemində bir sıra yeniliklər ediləcək. Həyata keçiriləcək yeniliklərdə isə əsas məqsəd Azərbaycan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması, ölkədə sabitliyin qorunmasıdır. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayıb ki, həyata keçirdiyi siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Bunu Prezident İlham Əliyev təkcə fikirlərində ifadə etməyib, həm də əməli fəaliyyəti ilə sübut edib. Bu baxımdan da hesab edirəm ki, cənab Prezidentin referendumun keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs xalq tərəfindən yüksək qiymətləndirilərək öz təsdiqini tapacaq”.

Daha sonra Müharibə əlilləri üçün müalicə pansionatının həkimi Dilqəm Eyvazov və Xəzər Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Elnarə Muradova çıxış edərək Prezident İlham Əliyevin təşəbbüskarı olduğu Referendum Aktı layihəsini dəstəklədiklərini söylədilər. Vurğuladılar ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər zamanın tələbindən irəli gəlirdi və buna ehtiyac var idi. Ümumiyyətlə, dünya praktikasına da nəzər yetirəndə görmək mümkündür ki, ölkələrdə iqtisadi siyasi islahatlara hər zaman ehtiyac duyulur. Ölkə nə qədər inkişaf edirsə, o qədər də müəyyən yeniliklərin edilməsi məqsədəuyğun hesab edilir. Bu və digər amilləri nəzərə alaraq əminliklə bildiririk ki, səhiyyə işçiləri də hamı kimi yeniliyi və inkişafı dəstəkləyən Referendum Aktı layihəsinin lehinə səs verəcəklər.

Görüşün sonunda “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Xəzər rayon şöbəsinin sədri Namiq Əhmədov seçiciləri maraqlandıran sualları cavablandırdı.

 

DİGƏR Xəbərlər Arxiv