YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əliyev: Azərbaycan qaz hasilatını 30 milyard kubmetrə çatdırmışdır

Azərbaycan özünün enerji təhlükəsizliyini təmin etmişdir və bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Bu sözləri energetika naziri Natiq Əliyev Bakıda keçirilən Beynəlxalq “Caspian Energy Forum - 2014”-dəki çıxışında demişdir.

Nazir bildirmişdir ki, Azərbaycan son illərdə qaz hasilatını 30 milyard kubmetrə çatdırmışdır və bu da olduqca vacib məsələdir. Hasil olunan təbii qaz yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara da çıxarılacaqdır. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsində çıxarılacaq qaz Avropa ölkələrinin mavi yanacağa olan tələbatını ödəyəcəkdir.