YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dəyişikliklər xalqın firavan gələcəyinə xidmət edir

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar Qəbələ rayonunun Nohurqışlaq kəndində Yengicə və Tüntül kəndinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Referendum Aktı layihəsi barədə seçicilərə məlumat verib. V.Rəhimzadə bildirib ki, referendum xalq hakimiyyətinin bariz nümunəsidir: “Azərbaycan vətəndaşlarının bütün seçkilərdə olduğu kimi, referendumda da iştirakı könüllüdür və onlara öz hüquqlarından tam sərbəst istifadə etmək üçün hər cür şərait yaradılır. İstənilən vətəndaş referendumda iştirak edib-etməməyi özü qərarlaşdırır. Heç kəs onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz. Hesab edirəm ki, Azərbaycan Respublikasında yaşayan hər bir vətəndaşımız referenduma çıxarılan məsələləri diqqətlə öyrənməli, onun əhəmiyyəti barədə geniş təsəvvür əldə etməlidir. Məhz ona görə də referendum üzrə təşviqat qruplarının seçilmiş nümayəndələri yerlərdə insanlarla görüşlər keçirir, referendumun məqsəd və məramlarını onlara çatdırmağa çalışırlar”.

V.Rəhimzadə vurğulayıb ki, Referendum Aktı layihəsində öz əksini tapan əlavə və dəyişikliklər ölkəmizin təhlükəsizliyinin təminatında, idarəetmənin daha yüksək səviyyədə formalaşdırılmasında, eləcə də insan hüquq və azadlıqlarının qorunmasında müstəsna rol oynayacaqdır: “Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin Azərbaycan xalqının firavan gələcəyinə xidmət edəcəyi şübhəsizdir”.

Görüşdə çıxış edən seçicilərdən Telman Abduxalıqov, Vəfa Mehdiyeva, Nizami İbrahimov və Oktay Babayev 26 sentyabrda referenduma çıxarılacaq əlavə və dəyişiklikləri dəstəklədiklərini bildiriblər.