YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: Konstitusiya islahatları Azərbaycan xalqının firavan gələcəyinə xidmət edir

«Azərbaycan çox mühüm siyasi-hüquqi hadisə ərəfəsindədir». Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Y.Abramov bildirib ki, sentyabrın 26-da Azərbaycanda ümumxalq səsverməsi keçiriləcək. Onun sözlərinə görə, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərdə insan hüquqlarının müdafiəsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi kimi məsələlər xüsusi yer tutur.

«Bu, hüquqların daha etibarlı təminatı baxımından önəmlidir. Konstitusiya islahatları həm də ölkəmizin demokratik inkişafına xidmət edir. Bütövlükdə, Konstitusiya dəyişiklikləri ölkədə həyata keçirilən hərtərəfli islahatların mahiyyətindən irəli gəlir. Bu islahatlar Azərbaycan xalqının firavan gələcəyinə xidmət edir. Ona görə də seçicilər görüşlər zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər”»- deyə, Y.Abramov vurğulayıb.