YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Koreyanın hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələri komandanının rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasının Hərbi Dəniz Qüvvələri baş komandanının dəvəti ilə bu ölkəyə işçi səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər zamanı Hərbi Dəniz Qüvvələri komandanının vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadə Koreya Respublikasının Hərbi Dəniz Qüvvələrinin baş komandanı ilə görüşüb.

Görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Səfər zamanı 1-ci dərəcəli kapitan H.Rüstəmzadə Hərbi Dəniz Akademiyasının su-qayıq donanmasının gəmi inşaat müəssisəsində və bir sıra başqa hərbi obyektlərdə olub.