YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamal rayonunda “Yeni Azərbaycan” təşviqat qrupunun üzvləri təbliğat kampaniyasına da mütəşəkkilliklə başladılar

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum aktı ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq sentyabrın 26-na təyin olunan ümumxalq səsverməsinə hazırlığın təbliğat mərhələsinə start verildi.

Bütün siyasi kampaniyalara vahid qüvvə  kimi mütəşəkkilliklə başlayan Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatında da təbliğat işlərinə başlanılıb. “Yeni Azərbaycan” təşviqat qrupunun üzvləri təbliğat kampaniyasına da mütəşəkkilliklə başladılar.Təşkilatın fəalları, xüsusilə gənclər referenduma çağırış məqsədilə hazırlanmış plakatların yapışdırlmasında fəallıq göstərirlər. Könüllülük şəraitində davam edən və ölkə həyatında mühüm hadisə olan referendumun hər bir  vətəndaşın həyatında mühüm əhəmiyyət kəsb etdiyini bildirən gənclər təbliğat kampaniyasını mütəşəkkilliklə başa çatdırmaq əzmində olduqlarını bildirdilər.