YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun Ağstafa rayon şöbəsi tərəfindən təbliğat-təşviqat işlərinə start verilib

Bu gün referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Ağstafa rayon şöbəsi tərəfindən təbliğat-təşviqat işlərinə start verilib. YAP Ağstafa rayon təşkilatının sədri, “Yeni Azərbaycan” təşviqat qrupunun Ağstafa rayon şöbəsinin rəhbəri Ramiz Tatarov bildirib ki, gecə saatlarından başlayaraq plakatlar xüsusi ayrılmış yerlərdə yapışdırılıb. Bu işlər rayonun bütün seçki məntəqələrinin ərazilərini əhatə edir.

Onun sözlərinə görə, bu prosesdə YAP Ağstafa rayon təşkilatının gənc partiya fəalları yaxından iştirak edirlər.

R.Tatarov qeyd edib ki, Ağstafa rayonunun inzibati ərazisi üzrə 2 Seçki Dairəsi fəaliyyət göstərir. 108 saylı Ağstafa Dairə Seçki Komissiyasında 38 seçki məntəqəsi, 106 saylı Tovuz-Qazax-Ağstafa Dairə Seçki Komissiyasında isə 5 seçki məntəqəsi, ümumilikdə 43 seçki məntəqəsi mövcuddur.