YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsən rayonunda referendum üzrə təşviqat kampaniyasına başlanılıb

"Yeni Azərbaycan" təşviqat qrupunun Daşkəsən rayon şöbəsi də 26 sentyabrda keçiriləcək referendum ilə bağlı təbliğat-təşviqat kampaniyasına uğurla başlayıb. Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının və "Yeni Azərbaycan" təşviqat qrupunun Daşkəsən rayon şöbəsinin sədri Meydanəli Yolçuyevin verdiyi məlumata görə, rayon təşkilatında yaradılmış operativ qrup öz işlərini yüksək keyfiyyətlə həyata keçirir. Artıq rayon təşkilatının 50 nəfər fəalından ibarət operativ qrup rayonun ərazisində yerləşən dairə seçki komissiyalarının əhatə etdiyi seçki məntəqələrində quraşdırılmış müvafiq lövhələrdə plakatlar yapışdırıb.

M.Yolçuyev deyib ki, "Yeni Azərbaycan" təşviqat qrupunun Daşkəsən rayon şöbəsi bu günə qədər nəzərdə tutulan bütün seçki hərəkətlərini uğurla yerinə yetirib. Onun sözlərinə görə, təbliğat və təşviqat kampaniyasının da müvafiq plan üzrə müvəffəqiyyətlə başa çatdırılması üçün rayon təşkilatının fəalları bütün gücünü səfərbər ediblər. M.Yolçuyev deyib ki, Daşkəsən rayonunda Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq referendumun keçirilməsinə hazırlıq, seçki məntəqələrinin hazırkı maddi-texniki təminatı, məntəqə seçki komissiyalarının hazırlıq vəziyyəti qənaətbəxşdir. O, referendumun qanunvericiliyin tələblərinə uyğun şəkildə və yüksək seçici fəallığı şəraitində keçirilməsi üçün hər bir partiya fəalının üzərinə düşən vəzifələri layiqincə, yüksək səviyyədə və mütəşəkkilliklə yerinə yetirəcəyinə əminliyini ifadə edib.