YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupu Şəmkir rayonunda təşviqat kampaniyasına uğurlu start verib

Sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı ümumxalq səsverməsi – referendum üzrə təşviqat kampaniyasına start verilib. "Yeni Azərbaycan" təşviqat qrupunun rayon və şəhər şöbələri də bu prosesə fəal şəkildə başlayıblar. YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib ki, "Yeni Azərbaycan" təşviqat qrupunun Şəmkir rayon şöbəsində rayon ərazisində təbliğat materiallarının asılması, yapışdırılması, yerləşdirilməsi və seçki məntəqələri ərazisinə çatdırılması, paylanması işinin aparılması üçün yaradılmış gənclərdən ibarət mobil qrupun üzvləri ilə görüş keçirilib, onlara müvafiq tapşırıq və tövsiyələr verilib. Prosesdə iştirak edən gənc fəallar və "Yeni Azərbaycan" təşviqat qrupunun Şəmkir rayon şöbəsində yaradılmış qərargahın üzvləri qısa müddət ərzində rayonun ərazisində yerləşən dairə seçki komissiyalarının əhatə etdiyi seçki məntəqələrinin ərazisində quraşdırılmış lövhələrdə müvafiq təbliğat materiallarını, plakatları yapışdırıblar.

F.Vəliyev kampaniyanın uğurla başa çatdırılması və referendumda yüksək fəallığın təmin olunması istiqamətində bundan sonrakı dövrdə də rayon təşkilatının var gücü ilə çalışacağını söyləyib. O, görülən məqsədyönlü işlər nəticəsində Şəmkir rayonunda da ümumxalq səsverməsinin yüksək səviyyədə həyata keçiriləcəyinə və seçicilərin Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyəcəklərinə əminliyini bildirib.