YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupunun Nərimanov rayon şöbəsi tərəfindən təbliğat prosesinə start verilib

Bu gün referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Nərimanov rayon şöbəsi tərəfindən təbliğat-təşviqat işlərinə start verilib. YAP Nərimanov rayon təşkilatının sədri, "Yeni Azərbaycan" təşviqat qrupunun Nərimanov rayon şöbəsinin rəhbəri Təmraz Tağıyev bildirib ki, gecə saatlarından başlayaraq plakatlar xüsusi ayrılmış yerlərdə yapışdırılıb. Bu işlər rayonun bütün seçki məntəqələrinin ərazilərini əhatə edir.

Onun sözlərinə görə, bu prosesdə YAP Nərimanov rayon təşkilatının gənc partiya fəalları yaxından iştirak ediblər. T.Tağıyev qeyd edib ki, bu proses 83 seçki məntəqəsini əhatə edib. Belə ki, Nərimanov rayonu ərazisində 18 saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov birinci və 20 saylı Nərimanov ikinci  seçki dairələri mövcuddur və həmin mənqətələr bu dairələr aiddir. Təşkilat sədri «Həmrəy olaq HƏ deyək» şüarı ilə təbliğat prosesinə start verən referendu üzrə «Yeni Azərbaycan» təşviqat qrupunun bu prosesi uğurla yekunlaşdıracağına əminliyini ifadə edib.