YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

«Yeni Azərbaycan» təşviqat qrupu İmişli rayonunda təbliğat və təşviqat kampaniyasına yüksək səviyyədə başladı

Azərbacan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-na təyin edilmiş Referendumla bağlı respublikanın hər yerində olduğu kimi, İmişli rayonunda da təbliğat və təşviqat kampaniyasına yüksək səviyyədə başlanılıb.  «Yeni Azərbaycan» təşviqat qrupunun üzvləri artıq rayondakı 79 saylı İmişli  Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dariəsinin ərazilərində qanunla müəyyən edilmiş yerlərdəki lövhələrdə plakat və şuarların yapışdırılması prosesini uğurla başa çatdırıblar.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev təşviqat qrupunun üzvlərinin bu işə yüksək əhval-ruhiyyədə qatıldıqlarını söyləyərək bildirmişdir ki, artıq partiyamızın uzunmüddətli seçki təcrübəsi üzvlərimizin bu işi peşəkarcasına yerinə yetirməsinə imkan verir.

Onunsözlərinə görə, Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər bu gün əldə olunmuş iqtisadi yüksəlişin davamlılığının təmin edilməsini, insan hüquq və azadlıqları sahəsində islahatların genişlənməsini zərurətə çevrib. Prezident İlham Əliyevin dərin iqtisadi islahatlar konsepsiyasını şərtləndirən daxili iqtisadi amillər ilk növbədə bunlarla əlaqədardır. Artıq deyə bilərik ki, Prezident İlham Əliyevin hərtərəfli və dərin islahatlar strategiyası özünün həlledici mərhələsinə daxil olub. Məhz belə bir mərhələ ölkə Konstitusiyasında dəyişikliklərin olmasını tələb edən əsas faktordur.