YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə AŞPA-nın Büro və komitə iclasları keçiriləcək

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun Büro, bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclaslarında iştirak etmək üçün sentyabrın 4-də Fransanın paytaxtı Parisə səfər edəcək.

Büro iclasında AŞPA-nın oktyabrda keçiriləcək 4-cü sessiyasının gündəliyi müzakirə olunacaq, Azərbaycanda keçiriləcək referendum, Moldovada və Bolqarıstanda prezident seçkiləri, Belarusda, İordaniyada, Mərakeşdə, Gürcüstanda, Monteneqroda parlament seçkiləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında internet şəbəkələrdə diskriminasiya əleyhinə mübarizə, qadınlara qarşı zorakılığa son qoyulması, onların ictimai həyatda və iqtisadi sahədə hüquqlarının gücləndirilməsi mövzuları müzakirə ediləcək, Milli azlıqların hüquqları üzrə alt komitənin gördüyü işlər, noyabr ayında keçiriləcək Dünya Demokratiya Forumu barədə danışılacaq.

Deputatımız tədbirlərdə müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.

Səfər sentyabrın 10-da başa çatacaq.

 

DİGƏR Xəbərlər Arxiv