YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elçin Babayev: Elm haqqında qəbul olunmuş qanun bu sahənin inkişafı baxımından böyük önəm kəsb edir

«Elm haqqında qəbul olunmuş qanun bu sahənin inkişafı baxımından böyük önəm kəsb edir. Azərbaycan alimlərinin cəmiyyətin inkişafında və bu istiqamətdə qarşıya çıxan problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, həmçinin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək bu qanunun qarşıya qoyduğu əsas vəzifələrdəndir». Bu fikirləri Azərbaycan Prezidenti yanında Elmin İnkişafı  Fondunun icraçı direktoru Elçin Babayev deyib.

E.Babayev bildirib ki, elmin innovasiyalı inkişaf strategiyasını və elmdə sahibkarlıq fəaliyyətini nəzərdə tutan qanun qlobal rəqabət şəraitində ölkənin elmi potensialının davamlı şəkildə yüksəldilməsini, yaradıcı, yüksək intellektual səviyyəli alimlərin istedadından maksimum şəkildə istifadə olunmasını ehtiva edir.

«“Elm haqqında” qanun imkan verəcək ki, alimlərimiz Azərbaycan xalqının və ölkənin rifahına və tərəqqisinə, dövlətin möhkəmləndirilməsinə, elmin yüksək xətlə inkişaf strategiyasının həyata keçirilməsinə və onun təkmilləşdirilməsinə,  ölkədə elm sahəsində dünyamiqyaslı və rəqabət apara biləcək elmi nəticələrin alınmasının yüksək səviyyədə həyata keçirilməsinə və bu nəticələrin xaricdə də tanıdılmaqla, tezliklə iqtisadiyyatda, həyatda öz tətbiqini tapmasına yüksək səviyyədə xidmət etsinlər. Elmin İnkişafı Fondu bu şərəfli və məsuliyyətli vəzifələrin yerinə yetirilməsində alimlərə daima dəstək olacaq»- deyə, E.Babayev qeyd edib.