YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Dövlət başçısının sərəncamı turizm sektorunun inkişafına böyük təkan verəcək

«Dövlət başçısının «Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» Sərəncamı böyük əhəmiyyət kəsb edir». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, ölkəmizdə turizmin inkişafı üçün böyük potensial var. Onun sözlərinə görə, ölkə Prezidentinin sərəncamında göstərildiyi kimi Azərbaycanda Turizm Şurasının yaradılması bu sahənin inkişafına böyük təkan verəcək.
«Sərəncamla müvafiq dövlət qurumlarına tapşırıqlar verilib və bu tapşırıqların icrası nəticəsində biz gələcək illərdə turizm sektorunda köklü dəyişikliklərin şahidi olacağıq. Ötən illər ərzində qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sənayesində görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılıb.  Hazırda Azərbaycan turizm sektorunun inkişafına görə 140 ölkə arasında 36-cı yerdə qərar tutur. Ölkəmizdə 250-dən çox turizm şirkəti və 570-dən çox yerləşdirmə obyektləri fəaliyyət göstərir. Son illərdə ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb. Bir sözlə, ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Hesab edirəm ki, dövlət başçısının bu sərəncamı ilə Azərbaycanın turizmin inkişafı baxımından tutduğu mövqe daha da möhkəmlənəcək»- deyə, komitə sədri vurğulayıb.