YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Qazanılan 18 medal Azərbaycanın idman sahəsində inkişafının göstəricisidir

«Azərbaycan idmançılarının Rioda keçirilən Yay Olimpiya Oyunlarındakı uğurları bütün xalqımızı  sevindirdi». Bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, qazanılan hər medal, Azərbaycan bayrağının dalğalanması və himnimizin səsləndirilməsi qürurvericidir. Onun sözlərinə görə,   56 idmançımızın təmsil olunduğu mötəbər idman tədbirində qazanılan 18 medal Azərbaycanın idman sahəsində inkişafının göstəricisidir. 

«Əvvəlki Olimpiya Oyunlarında olduğu kimi bu dəfə də idmançılarımız bizi çox sevindirdi. Əlbəttə, bu ölkə Prezidenti cənab İlham Əliyevin idmana və gənclərin inkişafına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Bu gün Azərbaycanın demək olar ki, bütün bölgələrində idman kompleksləri var. Gənclərin bu sahəyə marağı gündən-günə artır. Bu həm idmana olan dövlət qayğısının, həm də idmançılarımızn uğurlarının sayəsində baş verir. Düşünürəm ki, idmançılarımız bundan sonra da Azərbaycan bayrağını qaldırmaqda davam edəcəklər»- deyə, komitə sədri vurğulayıb.