YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Olimpiya çempionu Radik İsayev: Azərbaycana qızıl medalı qazandırdığım üçün çox xoşbəxtəm

Azərbaycana qızıl medalı qazandırdığım üçün özümü çox xoşbəxt hiss edirəm. Azərbaycanın dövlət himninin Rioda səsləndirilməsi qürurverici idi.

Bu sözləri “Rio-2016”da Azərbaycana qızıl medal qazandıran taekvondoçu Radik İsayev Heydər Əliyev Beynəlxalq Aeroportunda deyib.

“Rio-2016”nın qızıl medalçısı bildirib ki, döyüşlərim gərgin keçdi. Xüsusən final qarşılaşmasını qeyd etmək istərdim. Qalib olandan sonra sanki hissiyyatımı itirmişdim. Ayaqlarımda bərk ağrılar var idi. İndi bu qələbənin nə qədər qiymətli olduğunu anlayıram.

Azərbaycanın dövlət himni səslənəndə böyük qürur hissi keçirdiyini bildirən taekvondoçu deyib: “Bunlar izaholunmaz hisslərdir. Bunun üçün bütün mərhələləri adlayıb, fəxri kürsüyə qalxmaq və o hissləri yaşamaq lazımdır. Mən isə qızıl medal barədə düşünmürdüm. Fikirləşirdim ki, ilk növbədə, geriyə medalla qayıtmaq lazımdır. Amma finala çıxdım və qızıl medal qazandım.