YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Valentin Demyanenko: Rio Olimpiadası Azərbaycan üçün avarçəkmə idman növündə də uğurlu oldu

Olimpiadada medal qazanmaq hər bir idmançının ən böyük arzusudur. Sevinirəm ki, bu xoşbəxtlik mənə də nəsib oldu.

Bu sözləri “Rio-2016” Yay Olimpiya Oyunlarında birnəfərlik kanoe qayığında 200 metr məsafədə gümüş medal qazanan Azərbaycan idmançısı Valentin Demyanenko Bakıda təşkil olunan qarşılanma mərasimində bildirib.

Yürüşlərin gərgin idman mübarizəsi şəraitində keçdiyini vurğulayan Valentin Demyanenko deyib: “Rəqiblərim çox güclü idi. Elə alındı ki, ikinci oldum. Hesab edirəm ki, gümüş medal da yüksək nəticədir. Bu mənada Rio Olimpiadası Azərbaycan üçün avarçəkmə idman növündə də uğurlu oldu. Belə ki, Azərbaycanın avarçəkmə idmanı tarixində ilk dəfə Olimpiya medalı qazandıq.

 

DİGƏR Xəbərlər Arxiv