YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınmışdır

Bu gün Bakıdakı “N” saylı hərbi hissədə Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınması mərasimi keçirilmişdir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, mərasim iştirakçıları əsgərlərimizə uğurlar arzulamış, Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə etmişlər.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlamışdır. Hazırda Silahlı Qüvvələrimizin 90 hərbi qulluqçusu, iki hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə iki zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.