YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin "Gənc liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsi çgrçivəsində Oğuzda "İKT və informasiya təhlükəsizliyi" adlı seminar keçirilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Gənc liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsinin ilk turu davam edir. Oğuzdakı "Afra" oteldə məskunlaşmış gənclər üçün bu gün daha bir seminar təşkil olunub.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra moderator gənclərə hakkerlər və hakkerlik, kompyüterin əməliyyat sisteminin qorunması, sosial şəbəkələrdə təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verib, praktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, bu gün "Yay məktəbi"ndə iştirak edən gənclərdən ibarət yığma komanda ilə Oğuzdan olan gənclər arasında futbol matçı təşkil olunacaq. Oyun Oğuz Olimpiya İdman Kompleksinin futbol zalında keçiriləcək.