YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”nda elmi fəaliyyətin yeni əsaslarla təşkili nəzərdə tutulur

“Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”nda elmi fəaliyyətin yeni əsaslarla təşkili, tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması və elmi infrastrukturun müasirləşdirilməsi kimi mühüm məsələlər nəzərdə tutulur. Bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, maliyyələşdirmə mexanizmləri, maddi-texniki və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin beynəlxalq elm məkanına inteqrasiya da konsepsiyada elmin inkişafına xidmət edən hədəflərdəndir. Onun sözlərinə görə, Prezident İlham Əliyev akademiyanın inkişafına hərtərəfli şərait yaradıb, bu qurumun dövlətimizin böyük qayğısı ilə regionda iri elmi mərkəzə çevrilməsini azərbaycanlı alimlərin qarşısında mühüm vəzifə kimi qoyub.

«Bu strategiyaya uyğun olaraq, bir ildən artıqdır ki, AMEA-da bu elm məbədinin bütün sahələrini əhatə edən geniş islahatlar kompleksi ardıcıl həyata keçirilir. Struktur, kadr islahatları, innovativ fəaliyyətin hüquqi bazasının möhkəmləndirilməsi, sahibkarlıq fəaliyyətinə keçid, beynəlxalq əlaqələrin genişləndirilməsi və digər sahələrdə yenilənmə sürətlə davam etdirilir»- deyə, İ.Həbbibəyli vurğulayıb.