YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatı referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması ilə bağlı yığıncaq keçirib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib. Yığıncaqda YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova və YAP Nərimanov rayon təşkilatının fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev sentyabrın 26-da keçiriləcək referendumla bağlı məlumat verib. T.Tağıyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı haqqında yığıncaq iştirakçılarına məlumat verib. Bildirilib ki, Azərbaycanın 1995-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən mütərəqqi əsas qanunlarından sayılır. Müasir dünyamızın dinamik inkişafı isə hər zaman qanunların yenilənməsi zərurətini meydana çıxarır. T.Tağıyev bildirib ki, zərurət yarandığı halda belə təkmilləşdirmələr Azərbaycan Konstitusiyasında da öz əksini tapıb: "Konstitusiyaya dəyişikliklərlə bağlı Referendum Aktı layihəsinə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və bir sıra məsələlər daxildir. Bilindiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 26-da ölkəmizdə bu dəyişikliklərin qəbulu ilə bağlı ümumxalq səsverməsi keçiriləcək. Mən əminəm ki, Azərbaycan xalqı hər zaman olduğu kimi bu dəfə də dövlətimizin inkişafına yönələn bu təşəbbüsü dəstəkləyəcək".

"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsi ilə bağlı geniş məruzə ilə çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib ki, YAP-ın fəaliyyəti hər zaman Azərbaycan xalqı tərəfindən təqdir edilir. Ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisənin baş verdiyini deyən millət vəkili Hikmət Babaoğlu Konstitusiyamıza 29 maddədə dəyişikliklərin nəzərdə tutulduğunu deyib: "Nəzərdə tutulan dəyişikliklər əsasən insan hüquq və azadlıqlarının daha da genişləndirilməsini özündə ehtiva edir, vətəndaşlara yeni hüquqlar verilir, hüququn realizə olunması ilə bağlı müəyyən məhdudiyyətlər aradan qaldırılır, eyni zamanda, hüquqdan siyasi manipulyasiya vasitəsi kimi istifadə etmək imkanları məhdudlaşdırılır. Bundan başqa, dəyişikliklərdə ölkəmizin təhlükəsizliyi ilə bağlı mühüm müddəalar öz əksini tapır. Təbii ki, hər bir xalqın və dövlətin milli təhlükəsizliyi ən prioritet məsələdir. Bu mənada, təhlükəsizliyimizin konstitusion əsaslarının yaradılması üçün əsas qanuna ediləcək dəyişikliklər olduqca böyük əhəmiyyətə malikdir. Digər bir məsələ sahibkarlıqla bağlıdır ki,  bu istiqamətdə də ölkəmizdə geniş islahatlar aparılır və Konstitusiyaya ediləcək dəyişikliklər bu sahədə daha yüksək irəliləyişlərə yol açacaq. Bundan başqa, sahibkarların sosial öhdəçiliyi ilə əlaqəli maddələr də bu layihədə öz əksini tapıb ki, bu olduqca vacibdir. Bilindiyi kimi, ölkəmizdə Konstitusiyanın verdiyi hüquqa əsasən sahibkarlıq fəaliyyəti azaddır, toxunulmazdır. Bu gün artıq sahibkarların sosial öhdəçiliyi məsələsi aktuallaşıb".

Daha sonra tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədr müavini Kamil Babayev Konstitusiyaya təklif edilən dəyişikliklərin mütərəqqi xarakter daşıdığını bildirib.

Sonda iclasda 66 nəfərdən ibarət təşəbbüs qrupu yaradılıb və onlardan 6 nəfəri təsis edilməsi nəzərdə tutulan "Yeni Azərbaycan" təşəbbüs qrupuna nümayəndə seçilib.

 

DİGƏR Xəbərlər Arxiv