YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Dövlət sosial məsələlərin həllində böyük önəm verir

«2016-cı ilin birinci yarısında ölkəmizdə sosial sahənin vəziyyəti baxımından müsbət qiymətləndirilə bilər». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə sosial sahə prioritet istiqamətdir. Onun sözlərinə görə, bu fakt dövlətimizin sosialyönümlü olduğunu göstərir.

«Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin keçirilən iclasında bu ilin ötən dövründə  90 minə yaxın yeni iş yeri açıldığı qeyd olundu. Bunun da 78 mini daimi iş yeridir. Ümumilikdə, dövlət sosial məsələlərin həllini daim diqqət mərkəzində saxlayır. Nəzərə alaq dünya iqtisadi böhranı nəticəsində bu il bir sıra ölkələrdə maaşlar, pensiyalar azalıb. Amma Azərbaycanda isə dövlət başçısı tərəfindən maaşlar və pensiyalar 10 faiz artırılıb. Bu, dövlətin sosial məsələlərə verdiyi önəmin göstəricisidir. Bu yöndə siyasət uğurla davam etdirilir»- deyə, M.Quliyev vurğulayıb.