YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Raqif Abbasov: Prezident İlham Əliyev ölkəmizdə idmanın inkişafına xüsusi diqqət yetirir

«Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev XXXI Yay Olimpiya, XV Yay Paraolimpiya Oyunlarına yola düşəcək  nümayəndə heyətimizlə görüşü zamanı idmançılarımıza dəyərlri tövsiyələrini verdi». Bu fikiri Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

 R.Abbasov bildirib ki, görüş zamanı dövlət başçımızın çıxışı idmançılarımızı həm duyğulandırıb, həm də onlarda ruh yüksəkliyi yaradıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev ölkəmizdə idmanın inkişafına xüsusi diqqət yetirir.

«Məhz bu diqqət nəticəsində Azərbaycanda güclü idmançılar ordusu yetişir. Görüş zamanı Cənab Prezident ölkəmizdə idmanın maddi-texniki bazasının yüksək səviyyədə olması, idmanın kütləviliyi, nəticələr, sağlam gənclərin yetişdirilməsi, idmançılarımızın sosial, məişət problemlərinin həlli, onların cəmiyyətdə nümunəvi davranışı ilə fərqlənən vətəndaşlar, eləcə də vətənpərvər, bayrağa və himnə bağlı olması, Azərbaycanın dünyanın idman mərkəzinə çevrilməsi haqda fikirlər səsləndirdi. Dövlət başçımız Beynəlxalq və Avropa Olimpiya Komitələrinin ölkəmizdə Olimpiya hərəkatına yüksək qiymət verməsi, Azərbaycanda bütün xalqların bir ailə kimi yaşaması haqqında danışdı. Cənab Prezident hər bir azərbaycanlının dualarının olimpiaçılarımızla olacağını, onlara azarkeşlik edəcəyini bildirdi”. İnanırıq ki, idmançılar yay olimpiya oyunlarında böyük uğurlar qazanacaqlar»- deyə, R.Abbasov qeyd edib.