YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mikişili: Azərbaycanda sahibkarlığa dövlət dəstəyi dövlət başçısının daim diqqətində olub

«Azərbaycanda sahibkarlığa dövlət dəstəyi dövlət başçısının daim diqqətində olub». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

 T.Mirkişili bildirib ki, bu siyasət öz nəticəsini hər zaman verib və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi də sahibkarlar təbəqəsi olub. Onun sözlərinə görə, hazırda da sahibkarlara dövlət dəstəyi göstərilir, əsassız yoxlamalar aparılmır, güzəştli kreditlər verilir, qanunvericilik təkmilləşdirilir.

«Bildiyiniz kimi iqtisadi çətinliklər şəraitində ölkədə dərin iqtisadi islahatlar aparılmaqdadır. Eyni zamanda iqtisadi islahatların hərtərəfli aparılması üçün strateji xətt işlənməkdədir. Bütün hazırlanan islahatlar paketinin əsas məqsədi məhz sahibkarları dəstəkləmək, investorları cəlb etmək, iqtisadi mühiti daha da cəlbedici etməkdir. Kənd təsərrüfatı, qeyri-neft sektoru, sənaye sahəsində məhsul istehsalı və onların daxili və xarici bazarlarda satışı üçün sahibkarların üzərinə mühüm vəzifələr düşür. Bu vəzifələrin öhdəsindən gəlmək üçün də dövlət müxtəlif dəstək proqramları qəbul edir və onların effektiv olmasına çalışır. Hesab edirəm ki, kənd təsərrüfatı, qeyri-neft sənayesində artım dinamikasının qeydə alınması bu tədbirlərin səmərəli olduğunu göstərir»- deyə, komitə üzvü qeyd edib.