YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rokas Masyulis: Azərbaycan Litvanın əsas iqtisadi tərəfdaşlarından biridir

Litva ilə Azərbaycan sıx ikitərəfli münasibətləri dəstəkləyir və müxtəlif sahələrdə intensiv əməkdaşlıq edirlər. Bunu AZƏRTAC-a müsahibəsində Litvanın energetika naziri Rokas Masyulis bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda Litvanın əsas iqtisadi tərəfdaşlarından biridir. İkitərəfli ticarətin həcmi göstərir ki, 2013-cü ildən başlayaraq daim genişlənən ticarət dövriyyəsi 2015-ci ildə 70 milyon avroya çatıb ki, bu da 2013-ci illə müqayisədə iki dəfə çoxdur. Nazir qeyd edib ki, iqtisadi əməkdaşlığın inkişaf potensialı hələ tükənməyib. O deyib: “Ticarət, investisiyalar və turizm sahələrində istifadə olunmayan imkanlarımız hələ çoxdur”.

Litva biznesmenlərinin Azərbaycanın dinamik inkişaf edən bazarına böyük maraq göstərdiyini diqqətə çatdıran R.Masyulis bildirib ki, onun ölkəsi Azərbaycana qida, elektrik malları və mebel sənayesi məmulatı təklif edə bilər. Məlumdur ki, yüksək keyfiyyəti ilə seçilən bu məhsullar bir çox ölkələrə ixrac edilir. Bundan əlavə, informasiya texnologiyaları, nəqliyyat, energetika və təhsil sahələrində əməkdaşlığı daha da genişləndirmək üçün real imkanlar var.

Nazir əminliklə bildirib ki, ikitərəfli investisiya əməkdaşlığının böyük potensialı var və Litva onu genişləndirmək niyyətindədir. Litva Azərbaycana Avropada işgüzar mərkəz yaratmaq istəyən şirkətlərə tələb olunan bütün imkanları, eləcə də əlverişli iqtisadi mühit, yüksək ixtisaslı mütəxəssislər, dünya səviyyəli infrastruktur təklif edə bilər.

Azərbaycanın SOCAR şirkəti ilə əməkdaşlıq haqqında suala cavab verən R.Masyulis diqqətə çatdırıb ki, Litvanın Azərbaycan, o cümlədən SOCAR ilə qarşılıqlı fəaliyyəti “Sarmatiya” neft kəməri layihəsi çərçivəsində də həyata keçirilir.

R.Masyulis Azərbaycanın enerji resurslarının yaxın gələcəkdə Avropa bazarlarına çıxarılması sahəsində də böyük potensial görür. Avropa Komissiyasının dəstəyi ilə “Cənub” qaz dəhlizi Azərbaycan qazını Avropa bazarlarına çatdırmağa kömək edə bilər. Rokas Masyulis vurğulayıb ki, Litva bu layihəni dəstəkləyir.

Azərbaycan paytaxtı haqqında təəssüratlarını bölüşən litvalı nazir Bakı haqqında xoş xatirələri olduğunu bildirib.

 

DİGƏR Xəbərlər Arxiv