YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Azərbaycan idmançılarının növbəti yay olimpiya oyunlarında böyük uğurlar qazanacaqlarına inanırıq

«Azərbaycan idmançılarının Braziliyada keçiriləcək növbəti yay olimpiya oyunlarında böyük uğurlar qazanacaqlarına inanırıq. Bu inam üçün ciddi əsaslar var». Bu fikirləri Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, ölkəmizdə güclü idmançıların yetişdirilməsi üçün bütün imkanlar yaradılıb. Onun sözlərinə görə, hər bir istiqamət kimi idmanın inkişafı da ölkə qanunları çərçivəsində tənzimlənir.

«Bu gün ölkəmizdə idman təkcə yeniyetmə və gənclər arasında deyil, həm də yaşlılar, əlillər, məktəbəqədər, ibtidai məktəb səviyyəsində də inkişaf etdirilir. “Bədən tərbiyəsi və idman haqqında” Qanun ölkəmizdə idmanın həm yüksək səviyyədə inkişafını, həm də bu inkişafın sistematikliyini təmin edir. Qanunda da göstərilir ki, bu istiqamətdə dövlət siyasətinin məqsədi bədən tərbiyəsi və idmanın hüquqi bazasını, bədən tərbiyəsi və idmanın inkişafının təmin etdirilməsini, yüksək dərəcəli idmançıların hazırlanması üçün bədən tərbiyəsi-idman təşkilatlarını, uşaq idman müəssisələri sistemini yaratmaqdan ibarətdir. Yəni bu sahədə nailiyyət əldə olunması üçün bütün imkanlar yaradılır»- deyə, A.Abiyev vurğulayıb.