YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətərin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Qətərin ölkəmizdəki səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Elmar Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

 

DİGƏR Xəbərlər Arxiv