YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək

İyulun 12-də Minskdə MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin nizamnamə və digər orqanlar yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının (DSNŞ) növbəti iclası keçiriləcək.

Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən bildiriblər ki, iclasda Birliyin İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak edəcək.

Görüşdə MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) və Dövlət Başçıları Şurasının (DBŞ) sentyabrın 15-16-da Bişkekdə keçiriləcək iclaslarının gündəliklərinin layihələrini hazırlamaq planlaşdırılır. Bundan əlavə, DSNŞ üzvləri MDB Hökumət Başçıları Şurasının oktyabrın 28-də Minskdə nəzərdə tutulan iclasının gündəliyinin layihəsinə edilən təkliflərə baxacaqlar.

İclasda daimi səlahiyyətli nümayəndələr qurumun Dövlətlərarası Statistika Komitəsinin işçilərinin say tərkibinin optimallaşdırılması məsələsini müzakirə edəcək, MDB DBŞ-nin Birliyin müasir reallıqlara uyğunlaşdırılması haqqında qərarının layihəsini nəzərdən keçirəcəklər.