YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: Uğurlu siyasət nəticəsində ölkəmizdə ahıl vətəndaşların sosial müdafiəsi daha da gücləndirilib

«Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial siyasət kursunda ölkəmizdə ahıl insanların dövlət qayğısı ilə təminatı, onların maddi və mənəvi tələbatlarının ödənilməsi mühüm yer tutu». Bu fikri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

A.Naxçıvanlı bildirib ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində ahıl vətəndaşların sosial müdafiəsi daha da gücləndirilib.

« Dövlətimizin başçısının bununla bağlı imzaladığı fərman və sərəncamlar, 2006-cı il 17 aprel tarixli Sərəncamla təsdiqlənmiş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və bir sıra digər dövlət proqramlarına uyğun olaraq, ahılların hərtərəfli sosial müdafiəsi sahəsində mühüm addımlar atılıb»- deyə, komitə sədri vurğulayıb.