YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Məmmədov: Özəl sektorun inkişafı Azərbaycan iqtisadiyyatının prioritetlərindən biridir

«Azərbaycanda bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilir». Bu fikri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, iqtisadi inkişaf kursu  Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Onun sözlərinə görə, bu kurs nəticəsində Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib.

«Ümumiyyətlə, özəl sektorun inkişafı Azərbaycan iqtisadiyyatının prioritetlərindən biridir. Bu sahə daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, özəl sektorun ÜDM-də payı təxminən 80 faiz civarındadır. Bu prosesdə sahibkarlığın inkişafına dövlət dəstəyi  xüsusi rol oynayır»- deyə, S.Məmmədov vurğulayıb.