YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan Respublikası ilə ABŞ arasındakı münasibətlər bu gün hərtərəfli inkişaf yolundadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti  Barak Obamaya, ABŞ-ın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik ünvanladı.

“Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər bu gün hərtərəfli inkişaf yolundadır. Bir sıra sahələrdə ölkələrimizin sıx və qarşılıqlı faydalı əməkdaşlığı ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir.

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, terrorizmə qarşı mübarizədə, NATO-nun Əfqanıstanda sülhyaratma missiyasında ölkələrimizin sıx əməkdaşlığı və qarşılıqlı dəstəyi tərəfdaşlığımızın səciyyəvi cəhətlərindəndir” – deyə, təbrikdə qeyd olunur.

Prezident İlham Əliyevin Prezident  Barak Obamaya təbrik məktubunda daha sonra bildirilir ki, biz, həmçinin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinə son qoyulması, işğal olunmuş torpaqlarımızın azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma yurd-yuvasına qayıtması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin tezliklə nəticə verəcəyinə böyük ümidlər bəsləyirik.