YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatları Vyanada Krans Montana Forumunun 27-ci illik sessiyasında iştirak ediblər

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev iyunun 29-dan iyulun 1-dək Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Krans Montana Forumunun 27-ci illik sessiyasında iştirak ediblər. 

Müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, deputatların, beynəlxalq və regional təşkilatların təmsilçilərinin iştirak etdiyi tədbirdə Enerji təhlükəsizliyi, Mərkəzi və Cənub-Şərqi Avropaya qaçqın və miqrantların axını, Təbii ehtiyatların idarə edilməsinin təkmilləşdirilməsi, İqtisadi cinayətkarlığa qarşı mübarizə, fövqəladə halların idarə edilməsi, Parlamentlər və dinlər arasında qlobal dialoqun təşviqi və digər mövzularda fikir mübadiləsi aparılmışdır.  

Forumda Eldar İbrahimov aqrar-sənaye sahəsində inkişaf, investisiya, iqlim dəyişikliyi və onların ətraf mühitə təsiri mövzusunda müzakirələr zamanı çıxış etmiş və bu barədə fikirlərini bildirmişdir.

Həmçinin, forumda çıxış edən Ağalar Vəliyev ilk öncə İstanbulun Atatürk hava limanında baş vermiş terror aktı ilə əlaqədar həlak olanların ailə üzvlərinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı vermiş və terror aktını qətiyyətlə pisləmişdir.