YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda I beynəlxalq “dəyirmi masa” keçirilir

İyunun 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Prezident yanında Bilik Fondunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Prezident yanında Elmin İnkişafı Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin, Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda birinci beynəlxalq “dəyirmi masa” işə başlayıb.

Tədbirdə yerli mütəxəssislərlə yanaşı, xarici elm adamları, erməni terrorunun araşdırmaçıları iştirak edirlər.

“Dəyirmi masa” çərçivəsində “Erməni terroru: mahiyyəti və tarixi”, “Erməni terroru Azərbaycan multikulturalizminə qarşı”, “Erməni terroru və Azərbaycan kürdləri”, “Erməni terrorunun hüquqi və mənəvi ölçüləri”, “Erməni terroru yeni nəşrlərdə (kitabların təqdimatı)” mövzusunda panellər keçiriləcək.